Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qazaxıstan Əfqanıstanla əməkdaşlığı genişləndirir - FinFly

Qazaxıstan nümayəndə heyətinin aprelin 21-23-də Əfqanıstanın paytaxtı Kabilə səfəri planlaşdırılır.

FinFly "KazAID" agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin başçılıq edəcək.

Məlumata görə, səfər zamanı Əfqanıstan rəsmiləri ilə görüşlər keçiriləcək, həmçinin Qazaxıstan mallarının sərgisi təşkil olunacaq.

Qarşıdakı səfər fonunda Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib. Yükün təhvil verilməsi Əfqanıstanın Bəlx vilayətindəki Hayraton dəmir yolu stansiyasında baş tutub. Tərkibində bitki yağı, buğda unu, düyü, qış və yay çadırları, yorğanlar olan humanitar yardımın ümumi həcmi 2,2 min ton təşkil edib.

Bildirilib ki, dərman vasitələrindən ibarət ayrı bir partiya Əfqanıstana hava nəqliyyatı ilə çatdırılacaq.

Qazaxıstanın Əfqanıstandakı müvəqqəti işlər vəkili Qaziz Akbasov qeyd edib ki, Astana Kabillə təkcə humanitar sahədə deyil, həm də faydalı qazıntıların hasilatı, nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır.