Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Qazaxıstan Milli Bankın nəzdində rəqəmsal dövlət ehtiyatı yaratmağı təklif edilib - FinFly

Qazaxıstan Milli Bankında kriptovalyutanın saxlanması üçün dövlət ehtiyatının yaradılmasını Milli Məclisin deputatı Oljas Kuspekov təklif edib.

FinFly yerli KİV-ə istinadən xəbər verir ki, o, bu təkliflə parlamentin aşağı palatasının plenar iclasında parlament sorğusu çərçivəsində qeyd edib.

Deputatın sözlərinə görə, parlament nəzarəti rəqəmsal aktivlərin tənzimlənməsi sahəsində maliyyə sisteminin sabitliyini, vətəndaşların təhlükəsizliyini və dövlət qurumlarının nüfuzunu təhdid edən sistematik boşluqları və riskləri aşkar edib.

"Birincisi, cinayət işlərində müsadirə edilmiş kriptovalyutaların saxlanması məsələsi hələ də həllini tapmayıb. Müvafiq hüquqi texniki mexanizmin olmaması aktivlərin üçüncü şəxslər vasitəsilə itirilməsi, oğurlanması və leqallaşdırılması risklərini yaradır. İkincisi, bloqerlərin fəaliyyəti ilə gənclərin "boz" kriptovalyuta bazarına kütləvi şəkildə cəlb edilməsi müşaidə olunur. Vətəndaşlara zəmanətli gəlir vəd edərək, bununla da qanunu pozurlar. Üçüncüsü isə, kriptovalyuta bazarında hüquqi sahədən kənar əməliyyatlara da xidmət göstərirlər", - deyə, Oljas Kuspanov parlamentin plenar iclasında qeyd edib.