
Orta dəhliz vasitəsilə Qazaxıstan ərazisindən yüklərin tranzitinin həcmi 62 faiz artıb.
FinFly xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.
Onun sözlərinə görə, hazırda Orta Dəhliz çərçivəsində Qazaxıstan ərazisindən 4 milyon tondan çox yük tranziti həyata keçirilir.
"2029-cu ilə qədər onun inkişafına qoyulan sərmayələr sayəsində bu rəqəm ildə 10-11 milyon tona qədər artacaq. Yatırımlar həm ölkəmiz (Qazaxıstan - redaktorun qeydi), həm də digərləri tərəfindən həyata keçiriləcək", - o deyib.
Vasilenko vurğulayıb ki, Qazaxıstan da Şimal-Cənub marşrutunun inkişafında maraqlıdır.
"Artıq razılaşma var ki, Qazaxıstan dəmir yolunun Əfqanıstanda bir hissəsini tikəcək. Bu marşrut Qazaxıstan üçün vacibdir. Coğrafi yerimizin bütün üstünlüklərindən istifadə edərək, bütün istiqamətlərdə bütün arteriyaları inkişaf etdirmək bizim üçün vacibdir", - xarici işlər nazirinin müavini bildirib.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...