Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qazaxıstan sakini “ChatGPT”ni özünə vəkil tutdu, məhkəməni uddu - FinFly

Qazaxıstanda Kencebek adlı Almatı sakini yerli hüquq mühafizə orqanlarına yönləndirdiyi şikayət zamanı neyroşəbəkədən vəkil kimi istifadə edib və bəraət alıb.

FinFly xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri həmin şikayətçinin Telegram-kanalına istinadən məlumat yayıb.

Məlumata görə, keçən ilin dekabr ayında Kencebek yol hərəkəti qaydalarını pozduğuna görə 5,8 min təngə məbləğində cərimələnib. O, qarşısında kəsişmədə dayanan yük maşınını ötüb keçmək üçün digər hərəkət zolağına çıxıb. Lakin sürücü cərimənin qanunsuz yazıldığına əmin olduğundan əvvəlcə aidiyyəti polis idarəsinə şikayət edib, şikayəti rədd edildikdən sonra isə məhkəməyə müraciət edib.

İddiaçının müraciətinin hazırlanmasına ChatGPT yardımçı olub. Çatbot həmçinin, kişiyə məhkəmə iclası zamanı hakimin suallarına real vaxt rejimində cavab verməyə kömək edib və cəmi 10 dəqiqə davam edən iclasın yekununda cərimə ləğv edilib.