Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qazaxıstan və Çin Orta dəhliz üzərindən yükdaşımaların həcmini artıracaqlar - FinFly

Qazaxıstan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə alt komitənin növbəti 15-ci iclası çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun daha da inkişafı və bu marşrut üzrə nəqliyyatın həcminin artırılması barədə razılıq əldə edilib.

Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyindən FinFly-yə verilən məlumata görə, Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparovla Çinin nəqliyyat nazirinin müavini Li Yan arasında Urumçi şəhərində ikitərəfli danışıqlar aparılıb. 

Çin tərəfi Qazaxıstandan Avropa istiqamətində TMTM marşrutu üzrə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcminin artırılmasında maraqlı olduğunu bildirib. Ötən il ölkələr yük daşımaları üçün icazə blanklarının mübadiləsi prosesini elektron formata keçiriblər ki, bu da reyslərin iki dəfə artırılmasına imkan verib.

Tərəflər sərnişin axınının artması və sərnişin marşrutlarının açılması hesabına avtonəqliyyat sahəsində potensialın artırılmasına, habelə uçuş coğrafiyasının genişləndirilməsinə və mülki aviasiya sahəsində əlavə dəhlizlərin açılmasına maraq göstərdiklərini bildiriblər.

Məsələn, ölkələr arasında Yaz-Yay naviqasiyasında həftədə 125-ə yaxın aviareys həyata keçiriləcək və marşrutlarda və uçuşların tezliyində heç bir məhdudiyyət qoyulmadan yük reyslərinin yerinə yetirilməsi barədə razılıq əldə olunub.  

İki ölkə regional əməkdaşlığın inkişafı üçün Çin-Orta Asiya nəqliyyat nazirlərinin 2-ci görüşünün təşkili barədə də razılığa gəliblər.