14 Avq, 2025 14:11
Qazaxıstan və Özbəkistan Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin statusunu müzakirə ediblər.
FinFly-in Qazaxıstan Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələ Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla Özbəkistanın Qazaxıstandakı səfiri Baxtiyor İbrahimovun görüşündə müzakirə olunub.
“Azərbaycanla birgə Xəzər dənizi üzərindən “Yaşıl Enerji Dəhlizi”nin yaradılması layihəsinin statusu nəzərdən keçirilib, onun həyata keçirilməsində praktiki addım 2025-ci il iyulun 1-də “Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsinin yaradılması olub”, - nazirliyin məlumatında deyilir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
