Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Qırğızıstan Azərbaycanla sığorta layihələri hazırlamaq istəyir - FinFly

Azərbaycan ilə sığorta sektorunda təcrübə mübadiləsi və texniki əməkdaşlıq Qırğızıstan üçün prioritetdir.

FinFly xəbər verir ki, bunu Qırğızıstan iqtisadiyyat və ticarət nazirliyi yanında maliyyə bazarının tənzimlənməsi və nəzarəti dövlət xidmətinın sığorta tənzimlənməsi departamentinin rəhbəri Təhminə Kamçıbekova Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında Şuşa şəhərində deyib.

Onun sözlərinə görə, bu Assambleya çərçivəsində iki ölkənin sığorta qurumları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin hazırlanması üçün yaxşı imkan yaranır.

O bildirib ki, hazırda Qırğızıstanda 18 sığorta və təkrarsığorta şirkəti fəaliyyət göstərir və onlardan biri dövlət təşkilatı, 11-i isə 100 faiz yerli kapitala malik özəl şirkət, 6-sı da xarici kapitallı şirkətlərdir.

Kamçıbekova xatırladıb ki, 2024-cü il martın 20-də Prezidentin sığorta bazarının inkişafına dair Fərmanı imzalanıb.

"Bu Fərmanın icrası çərçivəsində beynəlxalq standartlara uyğun "Sığorta və sığorta fəaliyyəti haqqında" yeni qanun hazırlanaraq 2025-ci il aprelin 30-da qəbul olunub".

O qeyd edib ki, Qırğızıstanda hazırda 6 növ icbari sığorta tətbiq olunur və bazar son illərdə əhəmiyyətli artım göstərib. Onun sözlərinə görə, hazırda sığorta haqlarının həcmi 4 milyard soma yaxınlaşır, bu da bazarın dinamik inkişafını göstərir.

Kamçıbekova gələcək planlardan danışaraq əsas istiqamətləri açıqlayıb.

"Sığorta xidmətlərinin mərkəzləşdirilməsi üçün avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi, vahid sığorta bazasının funksionallığının genişləndirilməsi, həmçinin yaşayış evlərinin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması nəzərdə tutulub".

O əlavə edib ki, bu layihə Dünya Bankının dəstəyi ilə həyata keçirilir və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılmasına xidmət edir.