
2025-ci ilin birinci rübündə Qırğızıstana yüklərin çatdırılmasına tələbat əhəmiyyətli dərəcədə artıb.
Bu barədə FinFly, beynəlxalq "ATI Yük Birjası"nın məlumatında istinadən xəbər verir.
Birjanın məlumatına görə, 2024-cü il ərzində ixrac yükdaşımalarında müşahidə olunan artım səngiyib.
"Bu ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə bizim birjada yerləşdirilmiş Qırğızıstana yüklərin daşınması üçün müraciətlərin sayı 118 faiz artıb. Hətta əvvəlki rüblə müqayisədə nəzərəçarpan artım (64 faiz) müşahidə olunur. Bu fakt xüsusilə əlamətdardır, çünki ənənəvi olaraq ilin son rübündə ilin əvvəli ilə müqayisədə daşımalara tələbat daha çox olur", - hesabatda deyilir.
Qeyd olunur ki, tendensiya əsasən Rusiya istiqaməti ilə müəyyən edilir: "Rusiyadan yüklərin çatdırılması üçün müraciətlərin sayı illik müqayisədə 122 faiz, əvvəlki rüblə müqayisədə isə 68 faiz artıb. Qazaxıstan, Özbəkistan və Belarusdan yüklərin çatdırılmasına da tələbat artır", - deyə, hesabatda qeyd olunur.
Bununla yanaşı, birja yükdaşıma qiymətlərinin tələbata uyğun olaraq sıçramadığını və eyni səviyyədə qaldığını vurğulayıb.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...