
23 May, 2025 11:24
Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışının dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
FinFly xəbər verir ki, bu barədə Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov deyib.
Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən etibarən Nazirlik sərbəst büdcə vəsaitləri ilə bağlı depozit hərracları keçirir.
"Bu, büdcədə sərbəst vəsaitlərin olması ilə bağlıdır. Belə olan halda bazardan əlavə vəsait cəlb edilməsi məqsədəuyğun deyil", - deyib.
Azər Mürsəqulov əlavə edib ki, qısa müddət sonra təkrar bazara yenidən qayıdılacaq və dövlət istiqrazlarının emissiyası yenidən başlanılacaq.
Son xəbərlər
-
23 May, 2025
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb...
-
23 May, 2025
May ayının pensiyaları ödənilib...
-
23 May, 2025
Sabahın hava proqnozu açıqlanıb...