Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Qızılın qiyməti 5 000 dollara çata bilər? - FinFly

ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 min dollara qədər yüksələ bilər.

FinFly xəbər verir ki, bu proqnozu Goldman Sachs bankı "Bloomberg"ə açıqlamasında deyib.

Analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulması inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə də dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər. Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçün daha cəlbedici qənaət vasitəsinə çevriləcək.

Xatırladaq ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FED rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib.

Hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti 3 500 dollardan artıqdır.