
22 Apr, 2025 09:14
Nyu-York Əmtəə Birjasında (Comex) 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan qızıl fyuçersinin qiyməti troya unsiyası üçün 3 500 dollar səviyyəsini keçərək tarixi maksimumu yeniləyib.
FinFly xəbər verir ki, Comex bu, hərrac platformasında əks olunub.
Qızılın qiyməti 4,6 faiz artaraq unsiya üçün 3 500,1 dollara çatıb.
Eyni zamanda, London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neft fyuçersinin qiyməti 0,12 faiz artaraq barrel üçün 66,56 dollar təşkil edib. Cari ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neft fyuçersinin qiyməti isə 2,62 faiz azalaraq barrel üçün 62,77 dollar səviyyəsində qərarlaşıb.
Son xəbərlər
-
22 Apr, 2025
Neft qiymətləri artmağa başladı...
-
22 Apr, 2025
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq...