
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Balakən rayonunda yerləşən İtitala məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Bu barədə FinFly Dövlət Komitəsinə istinadən xəbər verir.
Dini Komitənin sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, abidələrə qayğı və diqqəti barədə danışaraq dini-etnik zəmində qlobal təhdidlərin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm məkanı kimi nümunəvi model təqdim etdiyini vurğulayıb:
"İbadət evləri insanların ibadət və dua etmələrinə xidmət etməklə yanaşı, cəmiyyətin öz dini biliklərini dərinləşdirməsinə şərait yaradır. Bu baxımdan, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür", - deyə, məlumatda qeyd edilib.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...