Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda! - FinFly

28 iyun, saat 18:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində Red Bull Car Park Drift tədbiri artıq dördüncü dəfə baş tutacaq.

Yerli drifterlər sürət, texnika və vizual şou ilə dolu trasda bacarıqlarını nümayiş etdirəcəklər. Onlar “Box”, “spiral”, “gate” və digər xüsusi maneələri keçərək maksimum 400 xal toplamağa çalışacaqlar. Ən yüksək nəticəni əldə edən sürücü isə 2026-cı ildə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Yarış Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sport-un dəstəyi ilə baş tutacaq.

Bu il yarışda unikal anlar yaşanacaq – drift ustası Abdo Feghali və stunt motosikletçi Aras Gibieža ilk dəfə ölkəmizdə eyni arenada çıxış edəcək və izləyicilərə unutulmaz bir şou təqdim edəcəklər.

Biletlər məhdud saydadır! İndi əldə et: www.redbull.az/bilet.