
23 Apr, 2025 12:08
Rusiyanın aviaşirkəti "Red Wings Airlines" iyunun 4-dən Yekaterinburqdan Bakıya birbaşa uçuşlara başlayır.
FinFly xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Səyahət vaxtı 3 saat olacaq.
“Koltsovo” (Yekaterinburq) beynəlxalq hava limanının cədvəlinə uyğun olaraq, hazırda “Ural Hava Yolları” (çərşənbə axşamı və cümə günləri, aprelin 28-dən isə bazar ertəsi, cümə axşamı və şənbə günləri əlavə olunacaq) və “Azərbaycan Hava Yolları” (bazar ertəsi və çərşənbə günləri, iyunun 6-dan isə həm də cümə günləri) Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...