Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Regionlararası enerji infrastrukturunun dəstəklənməsi üçün tədbirlər görməyin vaxtıdır - Nazir - FinFly

Mövcud çağırışlar fonunda etibarlı tərəfdaş olaraq Azərbaycandan qaz tədarükünün artırılmasına praqmatik yanaşma nümayiş etdirməyin və müvafiq regionlararası enerji infrastrukturlarının inkişafına maliyyə və siyasi dəstək göstərmək üçün konkret və qəti addımlar atmağın vaxtıdır.

FinFly xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Brüsseldə deyib.

Onun sözlərinə görə, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"-nin Ortaq Maraqlar Layihəsi (PMI) statusu ilə təmin olunması və onillik şəbəkə inkişaf planına (TYNDP) daxil edilməsi bu strateji təşəbbüsün uğurlu inkişafı baxımından kritik əhəmiyyət daşıyır.

"Avropa İttifaqının müvafiq strukturlarını bu istiqamətdə zəruri dəstəyi gücləndirməyə və bu təşəbbüsü prioritet layihə kimi irəlilətməyə çağırırıq", - deyə bildirib.

Nazir xatırladıb ki, ötən il Azərbaycandan Avropaya qaz tədarükünün 9,5 faiz artaraq 13 milyard kubmetrə çatıb və bu il isə ixracın 50 faizinin Avropa üçün nəzərdə tutulur.

"2030-cu ilə qədər mövcud müqavilələrə əsasən, təxminən 8 milyard kubmetr əlavə qaz hasilatı, həmçinin təxminən 2,7 QVt gücündə günəş və külək elektrik stansiyalarının hesabına 1,5 milyard kubmetr qazın sərbəstləşməsi gözlənilir. Bu həcmlərin nəqli və əlavə təchizatın vaxtında və əhəmiyyətli dərəcədə artırılması boru kəmərlərinin genişləndirilməsi, yataqların işlənməsi üzrə layihələrə sərmayələri, uzunmüddətli kommersiya müqavilələrini və maliyyə alətlərinin səfərbər edilməsini tələb edir", - deyə qeyd edib.