
Avtomat hidroloji stansiyaların mayın 4-nə olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə FinFly Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda 2 sm və Araz çayının yuxarı axımında 61 sm artım qeydə alınıb.
Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99 faiz, Qanıx-Cəlayirdə 4 sm artıb su sərfi 175 m³/san normanın 88 faiz təşkil edir.
Son xəbərlər
-
04 May, 2025
Respublika ərazisində bəzi çaylarda sululuq artıb...
-
04 May, 2025
Shell "bp"-ni almaq istəyir...
-
03 May, 2025
Azərbaycanın Azeri Light nefti ucuzlaşıb...
-
02 May, 2025
AZCON-un rəhbərliyinə təyinat olub...