
Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.
FinFly xəbər verir ki, bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.
Roma Papası 88 yaşında vəfat edib.
Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.
Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.
Qeyd edək ki, ənənəvi olaraq papa Vatikan qrotlarında - Müqəddəs Pyotr kilsəsinin altındakı kriptalarda dəfn edilir. Roma Papası Fransisk vəsiyyət edib ki, onu Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn etsinlər. Kilsə dörd əsas papa bazilikasından biridir.
Yeddi papa - 1216-cı ildə III Honoridən 1669-cu ildə IX Klementə qədər - orada dəfn ediliblər.
Son xəbərlər
-
21 Apr, 2025
Romada bütün kütləvi tədbirlər ləğv edilib...