
25 Fvr, 2025 14:49
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfər edəcək.
FinFly xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Matviyenko Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün İrəvana səfər edəcək.
Ermənistan KİV-ləri isə Ermənistan parlamentinin sədri Alen Simonyan və Matvienko arasında telefon danışığının baş tutduğunu xəbər verirlər. Bildirib ki, parlament spikerləri Rusiya Federasiya Şurasının sədrinin İrəvana gözlənilən səfərini müzakirə ediblər. Bundan əlavə, Ermənistan və Rusiya arasında MDB Parlament Assambleyası və digər meydançalarda əməkdaşlıq məsələləri də müzakirə olunub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...