
15 May, 2025 09:51
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbuldadır.
FinFly Rusiya KİV-lərinə istinadən xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə mayın 15-də səhər Atatürk adına hava limanına enib.
Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar üç il əvvəl görüşlərin keçirildiyi eyni məkanda baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) planlaşdırılıb.
Rusiya Federasiyası nümayəndə heyətinə danışıqlarda prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Son xəbərlər
-
15 May, 2025
Ukraynada davamlı sülhə nail olunacağına inanıram...
-
15 May, 2025
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb...
-
15 May, 2025
Ərdoğan Zelenski ilə görüşüb...
-
15 May, 2025
Qarabağda neçə nəfər yaşayır?...