
Rusiya nümayəndə heyəti prezidentin köməkçisi Vladimir Medinskiyin rəhbərliyi ilə 2 iyun tarixində İstanbulda Ukrayna tərəfinə böhranın əsas səbəblərinin aradan qaldırılması üzrə bütün aspektləri əhatə edən Rusiya Federasiyasının memorandumunu təqdim etməyə hazırdır.
FinFly xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edib.
"Rusiya tərəfi, əvvəlcədən razılaşdırıldığı kimi, böhranın əsas səbəblərinin etibarlı şəkildə aradan qaldırılması üzrə mövqeyimizi əks etdirən müvafiq memorandumu operativ şəkildə hazırlayıb. Prezidentin köməkçisi Vladimir Medinskiyin rəhbərlik etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və 2 iyun, bazar ertəsi günü İstanbulda bərpa olunmuş birbaşa danışıqların ikinci raundu çərçivəsində lazım olan izahatları verməyə hazırdır", – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva yeni danışıqlar raundunun keçirilməsinin bütün maraqlı tərəflər tərəfindən dəstəklənəcəyinə ümid edir.
"Ümid edirik ki, sülh prosesinin uğurunda səmimi maraqlı olan hər kəs İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının yeni mərhələsinin keçirilməsini dəstəkləyəcək", – deyə Lavrov vurğulayıb.
Son xəbərlər
-
29 May, 2025
Sabah neçə dərəcə isti olacaq?...
-
29 May, 2025
Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb...