26 Fvr, 2025 14:59
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.
FinFly Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Görüşdə ölkələrin diplomatik nümayəndəliklərinin işinə olan maneələrin aradan qaldırılması müzakirə olunacaq.
Səfirlik işçilərinin fəaliyyətlərinin bərpası Rusiya və ABŞ nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.
Qeyd edək ki, Ər-Riyad danışıqlarından sonra iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin müzakirələri uğurlu adlandırıblar.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
