29 Avq, 2025 10:27
Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib ki, Moskva və Pekin müstəqil ödəniş infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq edir.
"Biz gələcəyə baxırıq və Qərbin maliyyə-bank sektorunda şərtlərini diktə etmək imkanlarını məhdudlaşdırmaq üçün müstəqil ödəniş infrastrukturunun formalaşdırılması üzərində işləyirik", – deyə Morqulov qeyd edib.
Səfirin sözlərinə görə, Rusiya maliyyə ismarıclarının ötürülməsi üzrə öz sistemini inkişaf etdirir.
O həmçinin əlavə edib ki, Çinin CIPS adlı transsərhəd sistemi mövcuddur və artıq bəzi Rusiya bankları bu sistemə qoşulub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
