
Rusiyanın nəqliyyat naziri Andrey Nikitin və İranın yol və şəhərsalma nazirinin müavini Huştanq Bazvand Rəşt - Astara dəmir yolunun tikintisini müzakirə ediblər.
FinFly Rusiya Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu layihə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas elementlərindən biri və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizinin işinin mühüm hissəsidir.
"Layihənin həyata keçirilməsinə həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir", - Nikitin vurğulayıb.
Dəmir yolunun bu hissənin tikintisi "Şimal – Cənub" dəhlizi boyunca yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Tərəflər həmçinin layihənin uğurla həyata keçirilməsi üçün gələcək əməkdaşlığa, təcrübə mübadiləsinə və fəaliyyətlərin əlaqələndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.
İranın Moskvadakı səfiri Kazım Cəlali bu ilin aprelində bəyan etmişdi ki, Rəşt-Astara dəmir yolu ən tezi 3-4 ildən sonra tikilə bilər.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...