Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər - FinFly

Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələri sıralarına qoşulmaq hüququnu verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Bu barədə FinFly Rusiya KİV-ə istinadən xəbər verir.

“Qanun layihəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutur, dəyişikliklərə əsasən, vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur”, - layihənin izahatında bildirilir.

Qeyd olunur ki, qanun layihəsi müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır.