13 Avq, 2025 11:55
Rusiyalı deputatlar ölkə məktəblərində bir sinifdə bir nəfərdən artıq miqrant uşağın təhsil almasının qadağan olunmasını təklif ediblər.
FinFly xəbər verir ki, bu barədə Rusiya təhsil naziri Sergey Kravtsova ünvanlanan müraciətdə qeyd olunub.
Müraciətdə nazirdən təklifin məqsədəuyğunluğunu qiymətləndirməsi və dəstəklədiyi halda Təhsil Nazirliyinin müvafiq departamentlərinə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması tapşırığının verilməsi xahiş olunub.
Xatırladaq ki, Dövlət Dumasına həmçinin, Rusiyada miqrant uşaqların məktəblərdə pulsuz təhsil almasının qadağan edilməsini və yalnız ödənişli əsaslarla təhsil imkanının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
