03 Snt, 2025 16:35
Rusiyanın paytaxtı olan Moskva şəhərində Rusiyanın ilk pilotsuz tramvayı istifadəyə verilib.
FinFly Rusiya KİV-ə istinadən xəbər verir ki, təntənəli açılış mərasimindən əvvəl müasir nəqliyyat vasitəsinin 3 mərhələdə sınağı həyata keçirilib, sınaqların bəzilərində hər ehtimala qarşı sürücülər də iştirak ediblər.
Pilotsuz tramvayın şəhərin şimal-qərbində 10 saylı marşrut üzrə sərnişin daşıyacağı deyilir.
Açılış mərasimində iştirak edən Moskva meri Sergey Sobyanin ilin sonuna kimi Moskvada daha 3 pilotsuz tramvayın istismara veriləcəyini, 2026-cı ilin sonuna kimi isə onların ümumi sayının 15-ə çatdırılacağını vurğulayıb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
