
Yakutskda (Rusiya) təşəbbüs qrupu "WhatsApp" mesencerinə təntənəli vida mərasimi təşkil edib.
FinFly xəbər verir ki, "Sakha Life" portalına istinadən verilən məlumata görə, "köhnə dostla vidalaşma" adlanan tədbir şəhərdəki bir restoranda baş tutub. Aksiya iştirakçıları məsuliyyətlə yanaşaraq, müəyyən ritualları ciddi şəkildə yerinə yetiriblər.
Tədbirdə çıxış edənlərdən biri belə deyib:
"Əziz yaşıl mesencer, uzun illər ərzində bizimlə olduğun üçün təşəkkür edirik. Bütün əlaqələr və çatlar saxlanılıb, indi isə yeni mərhələyə keçmək vaxtıdır".
Qeyd edək ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" kimi mesencerlərin zəng funksiyasını qismən məhdudlaşdırıb. Rəsmilər bu platformaların vətəndaşları aldatmaq, pul mənimsəmək, eləcə də diversiya və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə olunduğunu iddia edirlər.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bildirib ki, zəng funksiyasına giriş yalnız ölkə qanunvericiliyinin tələbləri yerinə yetirildikdən sonra bərpa olunacaq.
"WhatsApp"ın yaradıcıları isə Rusiya istifadəçiləri üçün "end-to-end" şifrələmə ilə təhlükəsiz ünsiyyət təmin etmək üçün bütün imkanları səfərbər etdiklərini açıqlayıblar.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...