19 Apr, 2025 10:16
2025-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsində səhiyyə xərcləri 70,2 faiz və yaxud 279,7 milyon manat səviyyəsində icra olunub.
FinFly bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz və yaxud 228,1 milyon manat azdır.
Hesabat dövründə ümumi səhiyyə xərcləri faktiki büdcə xərclərinin 3,4 faizini təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 993,578 milyon manat səviyyəsində nəzərə tutulub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
