
“S&P Global” beynəlxalq reytinq agentliyi 2021-2024-cü
illərdə orta illik 18 faiz artımdan sonra 2025-ci ildə Azərbaycanda
kreditləşmənin 15 faiz artacağını gözləyir.
FinFly "S&P"yə istinadən xəbər verir ki, artımın əsas
amili istehlak kreditləşməsinin aktiv şəkildə genişlənməsidir.
Agentlikdən qeyd edilib ki, tarixən Azərbaycanda kreditləşmə
dinamikası neft qiymətləri ilə sıx korrelyasiya olub.
Yüksək artım templərinə baxmayaraq, özəl sektorun borc səviyyəsi
müqayisə edilən ölkələr arasında ən aşağı olaraq qalır. “S&P”nin qiymətləndirməsinə
görə, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14 faiz, korporativ
borcun nisbəti isə 10 faiz təşkil edir.
Qeyd edək ki, 2025-ci il martın 1-dən Azərbaycan Mərkəzi
Bankı (AMB) 0,5 faiz həddində əlavə kontr-tsiklik kapital buferi tətbiq
edəcək. Kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq qaydalara uyğun
olaraq əsasən kredit kəsirinin göstəricisinin (kreditin ÜDM-ə nisbətinin
uzunmüddətli tendensiyadan kənarlaşması) 2 faiz-i üstələməsi nəzərə
alınaraq qəbul olunub.
2025-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 29,288 milyard manat təşkil edib ki, bu da ötən ilin dekabrının əvvəli ilə müqayisədə 0,8 faiz, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 22,1 faiz artım deməkdir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...