Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
S&P Global Ratings: Rusiya-Ukrayna arasında atəşkəsin bank sektorlarına təsiri məhdud olacaq - FinFly

S&P Global Ratings hələlik Ukrayna və Rusiya arasında mümkün atəşkəsin və ya başqa bir həllin dəqiq miqyasını və vaxtını qiymətləndirməkdə çətinlik çəkir.

FinFly-in agentliyə istinadən verdiyi məlumata görə, əgər atəşkəs baş verərsə, bu, bank sektorlarına məhdud təsir göstərəcək:

Ermənistan, Gürcüstan və Özbəkistanda iqtisadi artıma təsir məhdud olacaq. Bu ölkələrdə Rusiya və Ukraynadan müharibə ilə bağlı insan və kapital axını, eləcə də ticarət dövriyyəsinin artması son illərdə iqtisadi artımı dəstəkləyib. Artıq müəyyən iqtisadi yavaşlama gözlənilir.

Azərbaycanın və Qazaxıstanın iqtisadi artımı Rusiya və Ukraynadan gələn vəsait axınından daha az təsirlənib.

Bank sektoruna təsir:

2022–2023-cü illərdə xarici depozitlərin artımının pik həddinə çatdığı, lakin sonradan azaldığı qeyd olunur. Hətta vəsaitin bir hissəsi Rusiyaya və ya üçüncü ölkələrə geri qaytarılsa da, sürətli depozit axını riski məhdud qalır.

Rusiya ilə bağlı makroiqtisadi və siyasi qeyri-müəyyənliklər, valyuta konvertasiyası və köçürmələrdəki məhdudiyyətlər yaxın perspektivdə yüksək qalacaq.

2022–2023-cü illərdə bankların valyuta mübadiləsi və köçürmələrdən əldə etdiyi yüksək komissiya gəlirləri azalmağa başlayıb və 2025-ci ildə normallaşma sürətlənə bilər.

Kreditləşmə və daşınmaz əmlak bazarına təsir:

Mühacirlərin əsasən bankların əmanət və ödəniş xidmətlərindən istifadə etdiyi, kredit almağa maraq göstərmədiyi bildirilib. Buna görə də, onların geri qayıtması kreditləşməyə ciddi təsir etməyəcək.

Rusiya və Ukraynadan gələn miqrasiya səbəbilə son üç ildə, xüsusilə Gürcüstan və Ermənistanda mənzil kirayəsi qiymətləri kəskin artıb.

Ümumilikdə, bölgədə mənzil qiymətlərinə təsirin daha az olduğu qeyd olunur və miqrantların geri qayıtması bu bazara nəzarət olunan təsir göstərəcək.