
Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə FinFly Milli Hidrometeorologiya Xidmətindən məlumat əldə edib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...