
Azərbaycanda avqustun 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.
FinFly Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Son xəbərlər
-
03 Snt, 2025
Çin gizli şəkildə Rusiyanı silahlandırır...
-
03 Snt, 2025
Bəzi rayonlara leysan yağacaq...
-
03 Snt, 2025
Azərbaycan Bəhreyndə səfirlik təsis edir...
-
03 Snt, 2025
Rusiyada pilotsuz tramvay istifadəyə verilib...
-
03 Snt, 2025
Qızılın qiyməti tarixi rekordunu yenilədi...
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...