Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Sadır Japarov BMT Baş Assambleyasında iştirak edəcək - FinFly

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 22-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

FinFly Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidentinin administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.

Səfər çərçivəsində Qırğızıstan Prezidenti BMT Təhlükəsizlik Şurasının "Süni intellekt: beynəlxalq təhlükəsizlik və sülh" mövzusunda açıq müzakirələrində və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli xüsusi tədbirdə çıxış edəcək.

Bundan əlavə, Baş Assambleya çərçivəsində S.Japarovun BMT Baş katibi Antonio Quterreş, ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin dövlət və nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşləri planlaşdırılır.