Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə yanvar-aprel ayları üzrə renkinqi - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat, yaxud da 10,4 faiz çoxdur.

FinFly-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta ödənişlərində ən çox artım olan şirkət "Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti olub.

Belə ki, şirkət 1,285 milyon manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 25,7 dəfə artım deməkdir.

Bu dövr ərzində sığorta ödənişləri ən çox azalan şirkət “İpəkyolu Sığorta” ASC olub. Bu şirkət 11 min manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 9,6 dəfə azalma deməkdir.

Yanvar-aprel ayları üzrə sığorta ödənişlərinin dinamikasına görə, FinFly şirkətlərin renkinqi hazırlayıb:

Şirkət adı 2025 (min manat) 2024 (min manat) İllik dinamika
Meqa Həyat Sığorta 1 285 50 25,7 dəfə artım
Atəşgah Sığorta Şirkəti 12 748 6499 96,2%
Qala Sığorta 7 693 4493 71,2%
AzSığorta 615 398 54,5%
Aqrar Sığorta 3 026 2028 49,2%
Azərbaycan Sənaye Sığorta 4 015 2884 39,2%
Xalq Həyat Sığorta Şirkəti 2 733 2089 30,8%
Meqa Sığorta 5 064 4182 21,1%
AtaSığorta 1 604 1346 19,2%
Paşa Həyat Sığorta 129 595 111771 15,9%
Atəşgah Həyat Sığorta Şirkəti 14 282 14020 1,9%
Paşa Sığorta 41 848 41897 0,1% azalma
A-Qroup Sığorta Şirkəti 3 573 4151 13,9% azalma
Xalq Sığorta 2 797 3980 29,7% azalma
Qala Həyat Sığorta Şirkəti 444 1090 2,5 dəfə azalma
İpək Yolu Sığorta 11 106 9,6 dəfə azalma