
SİMA Rəqəmsal Həllər Platformasının məhsulları Yelo Bank-ın 3 müxtəlif xidmətinə inteqrasiya edilib. Bunlar məsafədən bank hesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişi xidmətləridir.
İndi fərdi sahibkarlar SİMA-nın "KYC Videozəng" həlli vasitəsilə "Yelo Business" tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin SİMA İmza ilə imzalanması və "SİMA KYC Videozəng" vasitəsilə identifikasiya edilməsi kifayətdir. Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə SİMA İmza vasitəsilə yararlana bilərlər.
Yelo Bank-da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində Yelo rəqəmsal kartını SİMA İmza ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.
SİMA haqqında
SİMA Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindən olan AzInTelecom tərəfindən yaradılıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
SİMA KYC isə real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...