
13 Mar, 2025 16:31
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.
FinFly bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya 7,7% azdır.
Belə ki, ötən ilin eyni dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...