29 Avq, 2025 10:14
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında 527 978 ton dizel yanacağı istehsal edib.
Bu barədə FinFly Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyun ayında zavodun istehsal həcmi 318 865 ton təşkil edirdi. Nəticə etibarı ilə istehsalat həcmi illik ifadədə 209 113 ton və ya 65,6 faiz artıb.
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
