
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodu 2025-ci ilin yanvar ayında 62 932 ton aviasiya yanacağı istehsal edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 39,2 faiz azdır.
Bu barədə FinFly Türkiyənin Enerji Bazarları Tənzimləmə Qurumu (EPDK) hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar ayında STAR Neft Emalı Zavoduna 926 974 ton neft təchiz edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 1,4 faiz azalma göstərir (939 838 ton).
Bundan əlavə, 2025-ci ilin yanvar ayında STAR Neft Emalı Zavodu 633 329 ton dizel yanacağı, 5 661 ton biodizel yanacağı, 138 474 ton müxtəlif neft məhsulları, 21 807 ton sıxılmış neft qazı (LPG), 127 352 ton nafta, 71 567 ton neft koksu istehsal edib.
Həmçinin zavod 14 673 ton yüksək kükürdlü dizel yanacağı və 253,7 ton ağır vakuum qazoyl istehsal edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...