Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
SOCAR-ın "yaşıl" istiqrazlarının 2-ci faiz ödənişi təmin olunub - FinFly

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə ikinci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait  istiqraz sahiblərinin hesablarına  köçürülüb.

FinFly "SOCAR Capital" şirkətinə istinadən xəbər verir ki, bu ilin yanvarın 15-də ölkəmizin "yaşıl" enerji sahəsində atdığı  geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

Bu ilin martın 7-dən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın "yaşıl" istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyon ABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 81 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1 475-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5 faizini təşkil edib). 

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

"ABB İnvest" investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları illik 6 faiz gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.