
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) milli enerji şirkətinə çevrilməyi hədəfləyir.
FinFly xəbər verir ki, bunu Milli Məclisin (parlamentin) təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə SOCAR vitse-prezidentinin müavini Teymur Quliyev deyib.
O bildirib ki, bugün SOCAR daha çox ənənəvi neft və qaz şirkətidir/
"Ancaq növbəti 10 ildə məqsəd qoymuşuq ki, SOCAR böyük milli enerji şirkətinə çevrilsin və 2050-ci ildə artıq yerli, regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti olaq. Bizim hdəflərimiz yalnız 2050-ə qədər deyil, ortamüddətli hədəflərimiz də var", - deyə, Quliyev qeyd edib.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...