
24 Fvr, 2025 08:32
Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.
FinFly "Bild" nəşrinə istinadən xəbər verir ki, o nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.
Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.
"Yaşıllar" istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.
"Yaşıllar"ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək "Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var", - deyə bildirib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...