29 Avq, 2025 10:16
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus , Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında aviasiya yanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə FinFly Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadla xəbər verir.
Dərc olunmuş informasiyaya əsasən, cari ilin iyun ayında zavodda 178 720 ton aviayanacaq istehsal olub ki, bu ötən ilin anoloji dövründəki istehsal həcmi ilə müqayisədə 66 178 ton və ya 58,8% çoxdur.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
