
Dəyirmi masa: "Azərbaycan – transkontinental meqamarşrutların kəsişmə nöqtəsi: “Şərq-Qərb” və “Şimal-Cənub”"
Tarix: 17 mart 2025-ci il
Saat: 12:00
Məkan: Avrasiya Universiteti
Format: Ekspertlərin, analitiklərin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa.
Məqsəd:
Tədbirin məqsədi Azərbaycanın qlobal nəqliyyat-logistika və enerji şəbəkələrində strateji mövqeyini dəyərləndirmək, mövcud infrastrukturun imkanlarını və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin dəyişən geosiyasi və iqtisadi şəraitdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.
İştirakçılar:
Dövlət qurumlarının və aidiyyəti strukturların nümayəndələri, geosiyasət, iqtisadiyyat, energetika və logistika sahəsində ekspertlər və analitiklər, akademik və tədqiqat mərkəzlərinin nümayəndələri.
Müzakirə olunacaq əsas mövzular:
- ● Ukrayna müharibəsinin regionun nəqliyyat-logistika sisteminə təsiri
- ● Münaqişədən sonra regionun nəqliyyat şəbəkələrinin perspektivləri
- ● Azərbaycanın Orta Dəhliz üçün infrastruktur imkanları
- ● Orta Dəhlizin Qlobal Cənub üçün geo-iqtisadi əhəmiyyəti
- ● Nəqliyyat infrastrukturunun inkişafı: avtomobil yolları, limanlar, dəmir yolları
- ● “Şimal-Cənub” marşrutunun qarşılaşdığı çətinliklər və həll yolları
- ● Azərbaycanın Əfqanıstan üzərindən tranzit əlaqə imkanları
- ● Regionda nəqliyyat dəhlizlərinin enerji komponenti
Tədbirin formatı:
Tədbirin rəsmi açılış hissəsi, əməkdaşlıq Memorandumun imzalanması, spikerlərin çıxışları və ekspertlərlə müzakirələr.