02 Snt, 2025 09:42
Sudanın qərbində yerləşən Darfur bölgəsində torpaq sürüşməsi nəticəsində bütöv bir kənd dağılıb.
FinFly xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində təxminən 1000 nəfər həyatını itirib.
Sudan Azadlıq Ordusunun (SAO) nümayəndəsinin bildirdiyinə görə, hadisə günlərlə davan edən leysan yağışlardan sonra baş verib və kəndi “tamamilə yerlə yeksan edib”. Marra dağlarının yaxınlığında yerləşən həmin yaşayış məntəqəsindən yalnız bir nəfər sağ çıxıb.
SAO qurbanların cəsədlərinin çıxarılmas işində yardımın göstərilməsi üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına müraciət edib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
