Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Süni intellektdən yararlanmayan insanlar uğursuz olacaqlar - FinFly

2030-cu ildən sonra süni intellektdən yararlanmayan insanlar karyeralarında uğursuz olacaqlar.

FinFly xəbər verir ki, bu barədə süni intellekt siyasətləri assosiasiyasının təsisçisi və sədri Zafer Küçükşabanoğlu deyib.

Onun sözlərinə görə, dünya artıq texnofeodalizm dövrünə keçib:

"Bunu ABŞ Prezidenti Donald Trampın texnologiya nəhənglərini diplomatiyanın bir parçası kimi istifadə etməsi də göstərir. Bu texnoloji yenilikləri Azərbaycan və Türkiyə də diqqətdə saxlamalıdır. Çünki 2030-cu ildən sonra süni intellektdən yararlanmayan insanlar karyeralarında çox uğursuz olacaqlar. Çünki bu tibdən hüquqa, iqlim dəyişikliyindən mediaya qədər bütün sahələri əhatə edəcək", - deyə qeyd edib.