04 Mar, 2026 14:42
Suriya İsrailin hava hücumu təhlükəsinə görə Livanla sərhəddəki "Ceydət-Yabus" keçid məntəqəsini bağlayıb.
FinFly xəbər verir ki, bu barədə Suriyanın Quru və Dəniz Limanları İdarəsi məlumat yayıb.
Məlumata görə, Suriya hökuməti İsrailin bu sərhəd keçid məntəqəsinə mümkün hava hücumundan ehtiyat edir.
Bununla yanaşı, qeyd edilir ki, sərhəd keçid məntəqəsi Livanı tərk edən Suriya vətəndaşları üçün açıq qalır.
Son xəbərlər
-
04 Mar, 2026
İspaniyanın Baş naziri Trampa cavab verib...
