
Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kirill Xomyakov FinFly-ə bildirib ki, təhsil - kriptovalyutanın uğur açarıdır.
Onun sözlərinə görə, Binance-ın əsas məqsədlərindən biri mümkün qədər çox insanın kriptovalyutanın nə olduğunu, onun hansı riskləri daşıdığını və hansı imkanlar açdığını başa düşməsini təmin etməkdir.
"Biz təhsil təşəbbüslərinə çoxlu resurslar sərf edirik. Azərbaycanda biz 4SIM (Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi) ilə əməkdaşlıq edərək maraqlı layihəyə start verdik. Məqsəd kriptovalyuta sahəsində savadlılığını artırmaqdır. Biz istəyirik ki, internet istifadəçiləri kriptovalyutaların həm faydalarını, həm də risklərini başa düşsünlər. Belə ki, bu gün gənclər öz məlumatlarının qurbanına çevrilməsinlər".
Xomyakov Azərbaycanda kriptovalyutalara marağın artdığını qeyd edir və yeni istifadəçilərin dəstəklənməsinin vacibliyini vurğulayır.
"Biz xüsusi maarifləndirici layihəyə start verdik — Binance kripto məktəbi. Artıq tətbiqimizi Azərbaycan dilinə lokallaşdırmışıq və tezliklə Azərbaycan dilində veb saytımız da olacaq. Azərbaycan bizim üçün vacib bazardır. Biz burada iştirakımızı genişləndirəcəyik. İndi hər şeyi açıqlamaq istəmirəm, amma yaxın gələcəkdə Azərbaycanın ən böyük brendləri ilə maraqlı tərəfdaşlıqlar olacaq".
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...