04 Iyl, 2025 09:30
Tacikistan prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin liderlərinin görüşündə iştirak etmək üçün Azərbaycana yola düşüb.
FinFly-ın Tacikistan liderinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Emoməli Rəhmonu xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət, nəqliyyat nazirləri və digər rəsmi şəxslər müşayiət edəcəklər.
Bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla, 10 üzv ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə İƏT liderlərinin sammiti başlayır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
