Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Taksi xidmətlərində "iki ünvan problemi": sərnişinlər niyə çətinliklə üzləşir? - FinFly

Bakı sakinlərinin gündəlik həyatında taksi xidmətlərindən istifadə geniş yayılıb. Xüsusilə körpə və azyaşlı uşaqları olan valideynlər üçün bu, həm vaxt, həm də rahatlıq baxımından vacib nəqliyyat vasitəsidir.

FinFly xəbər verir ki, bəzi hallarda sərnişinlərin qarşılaşdığı problemlər onların gündəlik iş rejimini xeyli çətinləşdirir.

Məsələn, gənc ana hər səhər işə getməzdən əvvəl öz övladını baxçaya/məktəbə verir sonra isə işə yolunu davam edir. Bu marşrut qısa məsafələrdən ibarət olsa da, sərnişinlər tez-tez sürücülərin etirazı ilə üzləşirlər.

Taksi sifarişi zamanı proqram vasitəsilə iki ünvan seçimi edilsə də, sürücülərin bir çoxu sifariş qəbul etdikdən bir neçə dəqiqə sonra müştəriyə zəng edərək "iki ünvan olduqda getmədiklərini" bildirirlər. Bu isə sərnişinlər üçün əlavə vaxt itkisinə və narahatlığa səbəb olur:

- Yeni taksi sifariş etmək və gözləmək məcburiyyəti;

- Körpə və əşyalarla birlikdə küçədə qalmaq;

- İşə gecikmə və gündəlik rejimin pozulması.

Qeyd edilən məsələ yalnız bir sərnişinə aid deyil. Sosial şəbəkələrdə oxşar şikayətlər tez-tez səsləndirilir. İstifadəçilər bildirirlər ki, taksi sifariş tətbiqində iki ünvan seçimi mövcuddursa, sürücülərin imtina etməsi qeyri-peşəkar yanaşmadır.

Fikrimcə, bunun əsas səbəblərindən biri sürücülərin əlavə ünvanlarda vaxt itkisi ehtimalını nəzərə almasıdır. Bəzi hallarda əlavə dayanacaqlar sürücünün növbəti sifarişi vaxtında qəbul etməsinə mane ola bilər. Lakin sərnişinlər haqlı olaraq soruşurlar: əgər proqram bu imkanı təklif edirsə, niyə sürücülər razılaşmır?

Hesab edirəm ki, bu kimi hallarda sərnişinlər şirkətə rəsmi şikayətlərini bildirməlidirlər. Çünki sifarişin ləğv edilməsi yalnız müştəri üçün deyil, həm də xidmətin etibarlılığına mənfi təsir göstərir. Taksi xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün sərnişinlərin şikayətlərinə operativ reaksiya verilməsi, sürücülərin təlimatlandırılması və proqramda mövcud seçimlərin real şəkildə icra olunması vacibdir. Əks halda, sərnişinlərin narazılığı artacaq və bazarda xidmət keyfiyyətinə olan inam zəifləyəcək.