10 Apr, 2025 22:37
Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.
FinFly-ın məlumatına görə, bu barədə “Gürcüstan Dəmir Yolları” BMG media platformasına açıqlama verib.
Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:
“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.
Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
